Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
123456
78910111213
14151617181920
21222324252627
28293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
İnkişaf fırtınası
Tələbənin tələbləri
Çölü azadlıq, içi sovet
Sökdüm ki, izim qala
SAĞALMAYAN YARALAR
FƏRYAD
Qazaxıstan səfiri: "Statusla bağlı əsas problem İran və Türkmənistanın mövqeyidir"
KÜR SAHİLİNİN ŞƏHƏRİ
Bir güləşçinin hekayəti
Şəkidə təbii fəlakət
Minskdə partlayış
HƏR KİTAB BİR DÜNYADI
ƏDƏBİ RAKURSLAR
Yakutiyada Azərbaycan muğamları səsləndirildi
DİLİN BƏLASI VƏ YA BİZ NƏ ÜÇÜN BELƏYİK?!
İsrailin nümayəndə heyəti gəlir
Cəbhədə növbəti atəşkəs pozuntuları
Sel suları körpünü uçurdu
MİKAYIL MÜŞFİQ-100
AYRILIQ, AYRILIQ... AMAN AYRILIQ
Vətəndaşlara kompensasiya ödəniləcək
JO RONALDİNYO İLƏ OYNAMAQ İSTƏYİR
ŞEVÇENKO "SAMPDORİYA"YA KEÇƏ BİLƏR
MESSİ OLİMPİADADA OYNAYACAQ
"ULDUZLAR" MƏŞQÇİ OLMAQ İSTƏYİRLƏR
"ÇELSİ" LEMPARDI İTİRMƏK İSTƏMİR
ARAQONES "FƏNƏRBAĞÇA"YA YENİ OYUNÇULAR ALMAQ İSTƏYİR
BUNDESLİQA REKORD QAZANMAQ İSTƏYİR
Müslüm Maqomayev jurnalistlərdən narazıdır
"Qafqaz günləri" və "Paris günləri" ekranlaşdırıla bilər
"Kişi-ana" evə buraxıldı
GÜNÜN LƏTİFƏSİ
   
AH AVROPA, AVROPA...

"Hər böyük sərvətin altında böyük günah yatır".
   Onore de Balzak
   
   Heç olmasa, bircə dəfə Avropanın inkişaf eləmiş ölkələrini görən adamlar bilirlər - o gözəlliyin, səliqə-sahmanın, zənginliyin və sadəliyin, qanunlara hörmətin heyranı, əsiri olursan. Möhtəşəm və əzəmətli binaların, elə həmin binalar qədər soyuq, biganə ağ adamların baxışları altında əzilə-əzilə fikirləşirsən - nə xoşbəxtdirlər, İlahi, nə xoşbəxtdirlər... Bəs biz nə vaxt belə yaşayacağıq - deyə fikirləşirsən. Lüks həyat haqqında eyforiyalarım çoxdan dağılıb - nə qədər ki onlar yaxşı yaşayacaqlar, biz belə yaşamağa məhkumuq. Bu dəyirmanın suyu hardansa gəlməlidir, axı. Kimsə belini büküb işləməlidir, kimsə burnunu dik tutub gəzməlidir. Dünya yaranandan qanun budur. Anlamasan nə yaxşı, amma anlayıb içindən keçirəndə çox ağrılı olur...
   Keçən həftəki yazımda avropalıları rasist adlandırmışdım. Elektron poçtuma Brüsseldən məktub gəldi. Mən anladığıma görə 10 il əvvəl burdan Avropaya mühacirət etmiş azərbaycanlıdır. İlk baxışda bəxti gətirmiş birisi sayıla bilər - indi avropalılar öz ölkələrinə Çin səddindən, dəmir pərdədən də qüdrətli bir hasar çəkiblər. Nəinki yaşamaq üçün, hətta on günlük gəzməyə getməyə də viza almaq mümkün deyil. Məktub müəllifi bunu belə izah edir ki, onlar özlərini gəlmələrdən qorumaq üçün irqçi olmağa məcburdurlar. Və ölkədəki bütün qanun pozuntularını, bütün cinayətləri gəlmələr edir. Ola bilər - amma mənim mətbuatdan izlədiyimə görə bütün səs-küy yaratmış hadisələri elə mədəni avropalılar özləri törədirlər axı. Lap elə son günlərdə Almaniyada valideynlər körpə uşaqlarını öldürüb neçə illər soyuducuda saxlayıblar. Ya da yenə Almaniyada yenə valideynlər öz körpə övladını qızardıb yeyiblər. Avstriyada bir manyak 10 yaşında bir qızcığazı oğurlayıb, 8 il zirzəmidə saxlayandan sonra yaxalanmışdı. Beş-altı ay əvvəl Almaniyada türklərin yaşadığı binaya od vurub körpə uşaqları yandıran da elə yerlilər idi. Kimsəyə nəyisə sübut eləmək həvəsim yoxdur. Əgər orda yaşayıb, o gözəlliyə heyran-heyran baxmaq istəyirlərsə, "üzümünü yeyib, bağını sormaq" istəkləri yoxsa nə deyim. Məktub müəllifi həm də yazır ki, oralarda bir "marok" qorxusu var. Belə başa düşürəm ki, həmin "marok" yəqin ki, Mərakeşdən gələnlərə deyirlər. Amma mən düşünürəm ki, saçının, gözünün rəngi qaradırsa avropalıyçün elə bir fərqi yoxdur, sən Mərakeşdən, Tunisdən, Əlcəzairdən gəlmisən, ya hansısa başqa ölkədən. Onların gözündə Şərqli elə şərqlidi. Hətta öz aralarında da qaralarla ağları seçirlər. İngilislər, ümumiyyətlə, hər kəsə yuxarıdan baxır. Təbii, haqları var - bataqlığın üstündə xaraba bir yerdə cənnət yaradıblar və bütün dünyaya öz iradələrini diqtə edirlər. Amma gəlin yada salaq nəyin hesabına...
   
   ***
   Qədim yunan mifologiyasında Avropa Finikiya çarı Aqenorun Zevs tərəfindən oğurlanıb Krit adasına aparılmış qızıdır. Həmin bu oğurlanma süjeti bir çox məşhur rəssamların yaradıcılığında istifadə olunub. Yunanlar "Europe" sözünü assuriyalıların "Ereb" - yəni qərb sözündən götürüblər. O vaxtlar Egey dənizindən qərbdə yerləşən ərazilər Europe adlanırmış. Tarixi mənbələrə inansaq bu materiki kritlilər eramızdan əvvəl XVI əsrdə kəşf ediblər. Yəni görünür, materikin ilkin mənbələrdə təsviri o vaxtdan var. Həm mifologiyada, həm də tarixdə Krit adı hallandığından Avropanın bu ada ilə yaxın qohumluğu qənaətinə gəlmək olar. Amma sözüm onda deyil. Bizim bu gün görməyə öyrəşdiyimiz gözəl-göyçək, zəngin, təmiz-tarıq Avropa hardasa XIII-XIV-cü əsrlərə qədər kasıb, yoxsul bir yer olub. Tarixin ilkin qüdrətli dövlətləri eramızdan əvvəl şərqdə yaranan dövlətlərdir. Sonralar antik yunan dövlətləri və Roma imperiyası həmin mədəniyyətin üstündə bərqərar olub. Tarixçilər (qərbli) bunu elə-belə sətirarası qeyd edirlər. Sərf eləmir. Nə isə, səlib yürüşlərinə qədər Avropada Şərq ölkələrinin zənginliyi, gözəlliyi haqqında əfsanələr gəzirmiş. Valter Skottun cəngavər romanlarını oxuyanlar o dönəm Avropası haqqında müəyyən qədər məlumat alıblar. Qərblilərin ən böyük sərvəti onların ağlıdı. Bu artıq isbat olunmuş bir həqiqətdir ki, həyat şəraiti çətin olan yerlərdə insanın beyni yaxşı işləməyə başlayır. Onlar da beyinləri yaxşı işlədiyindən Şərqi necə ələ keçirmək haqqında düşünməyə başladılar. İlk olaraq dənizçi-səyyahlar kəşfiyyata çıxdılar. Şərq dünyasının zəif və güclü nöqtələrini öyrəndilər. Sonra ruhani missionerlər gəlməyə başladı. Lap sonra Şərqdən aparıb satdıqları ədviyyat vasitələrindən qazandıqları pullarla banklar, şirkətlər yaradıb (təsəvvür edin ki, o vaxt qara toz bibərin qiyməti qızıldan baha imiş) yenidən Şərqə döndülər və istila etdilər. Hər zaman zirvədə qalmaq mümkün deyil. Həmin vaxtlar Şərq tənəzzül dövrünü yaşayırdı. Üç dövlətin timsalında tarixə nəzər salaq:
   
   MƏRAKEŞ
   
   Avropalılar bu ölkəyə XV əsrdən soxulmağa başlayıblar. Ölkə ərazisində bütün ticarəti öz inhisarına alan portuqaliyalılar burda liman şəhərləri tikirlər. Tədricən sahilboyu ərazilər bütünlüklə onların əlinə keçir. Sonradan ispanlar da gəlir. Və ölkənin içinə yürüşlər etməklə yerli qəbilələri qarət edir, taxılı, mal-heyvanı əllərindən alır, həm də insanları qul edirlər. Yerlilər nə qədər müqavimət göstərsə də qərblilərin hiyləsi qarşısında duruş gətirə bilmirlər. Bura feodal hərc-mərcliyini də əlavə etsək aydın mənzərə alınır. Məsələn, bir şəhərin hakimi o biri şəhəri tabe eləmək üçün qərblilərin silahlı qüvvələrindən istifadə eləmək fikrinə düşür, buraxır onları ölkənin içinə. Bir də ayılır ki, hər şey tar-mar olunub, yağmalanıb, ölkənin sərvətləri daşınıb, hər yer avropalıların nəzarətindədi. Təsəvvür edin ki, Mərakeş uğrunda gedən mübarizə hətta böyük Qərb dövlətlərini də üz-üzə qoyub, beynəlxalq konfliktlərə də gətirib çıxarıb. Fransa, İspaniya, Böyük Britaniya, Almaniya - hərə daha böyük pay qoparmaq üçün 1906-cı il Alxesirass konfransında Mərakeş məsələsini müzakirə ediblər. Nəticədə ölkə fransızların protektoratı altına düşüb, bir-iki şəhəri də inciməsin deyə İspaniyaya pay veriblər. İkinci Dünya Müharibəsindən sonra Amerika da özünün var olduğunu göstərmək üçün Mərakeşdə hərbi bazalarını yerləşdirib. Həmin dövrdə başqa bir güc də mövcud olduğundan (Sovet İttifaqı) və guya həmin gücün xalq azadlıq hərəkatlarını dəstəkləməsinə görə 1956-cı ildə Mərakeş müstəqilliyini elan edib. Amma heç bu gün də Mərakeşin müstəqil olduğunu kimsə iddia edə bilməz.
   
   ƏLCƏZAİR
   
   Bu ölkə Şimali Afrikada fransız ekspansiyasının ilk qurbanlarındandı. Bütün işğal olunmuş ölkələrdə kolonizatorlar eyni siyasət yürüdürlər. Bərəkətli torpaqlar yerli camaatın əlindən alınır, ölkə xammal bazasına çevrilir. Təsərrüfat dağıdılır, yerli istehsal qadağan olunur. Avropanın avantürist acları gəlib ölkənin ağasına çevrilirlər. Yerli feodalların da ağzına bir-iki yağlı tikə atırlar ki, dinib-danışmasınlar. Birinci Dünya Müharibəsində 173 min əlcəzairli orduya çağırılır, 25 mini həlak olur, 120 min adamı səngərlərin, müdafiə qurğularının tikilməsi üçün zorla ölkədən çıxarırlar. Eləcə də İkinci Dünya Müharibəsi zamanı Afrikada hərbi teatrda ətdən divar hörmək üçün əlcəzairlilərdən istifadə olunur. 1954-cü ildən sonra Əlcəzairdə milli azadlıq hərəkatı başlanır. Üsyanı yatırtmaq üçün Fransadan böyük hərbi birləşmələr göndərilir (400 min nəfərlik qoşun), dinc əhaliyə divan tutulur, üsyançılarla əlaqəni kəsmək üçün insanları deportasiya edirlər, kəndlər dağıdılır. Milyon yarım insan həlak olur, iki milyon adam həbsxanalara, konslagerlərə salınır, 9 min kənd yandırılır. Bu hadisələr baş verir 1967-ci ildə Əlcəzair öz müstəqilliyini elan edənə qədər. Sonra isə seçkilər keçirilir, neft, banklar, xarici şirkətlər milliləşdirilir. Amma bu gün də orda sakitlik yoxdur, bu gün də kimsə Əlcəzairin müstəqil olduğunu iddia edə bilməz.
   
   HİNDİSTAN
   
   Bir məşhur şirkət var tarixdə - Ost-İnd kampaniyası. Həmin bu şirkət 1600-cü ildə hollandlar tərəfindən yaradılıb, sonra ingilislərlə birləşib. XVII əsrin başlanğıcında dəniz ticarətini portuqalların əlindən alıb bu vasitə ilə həmin əraziləri tədricən özlərindən asılı vəziyyətə salıblar. Burda da eyni siyasət. Xammal üzərində inhisar, torpaqların yerlilərdən alınması, feodalların satqınlığı. Hindistan tarixi boyu daim işğalçılarla mübarizə aparıb. Amma Böyük Moğol İmperiyasının çökməsi ilə mərkəzləşmiş dövlətin yoxluğu, feodal hərc-mərcliyi burda da öz sözünü deyib. Ölkə bu şəkildə Ost-İnd kampaniyasının vassalına çevrilib. Hindistan tarixən çox zəngin ölkə olduğundan ingilislər indiyə qədər talan etdikləri daş-qaşın, qızılın hesabına kef eləyirlər. Başqasının var-dövləti ilə təbii ki, bataqlığı gülüstana çevirmək olar. Ölkənin qiymətli xammalını dəyər-dəyməzinə apararsan, əvəzinə baha qiymətə öz cır-cındırını gətirərsən, olar-bitər. XX əsrin ortalarına qədər bu talan davam etdi. 1947-ci ildə Hindistan müstəqil oldu. Amma oldumu?
   ... Bütün Asiya ölkələrinin tarixini araşdırsaq orda da eyni hadisələr baş verib. İndi Avropa dövlətlərinin mədəni vətəndaşları vəhşi gəlmələrin hərəkətlərindən narahatdı. Bəs onları görəsən Asiya və Afrikaya kim çağırmışdı? Bu qitələri viran qoyanda görəsən fikirləşmirdilər ki, bir gün ordan da bir axın gələcək? Tarixi niyə unudurlar? Yoxsa elə düşünürlər ki, tarix onların yazdığı, təqdim elədikləri kimidir. Yəni avropalı böyük İsgəndər dahi sərkərdədi, tutduğu ölkələrdə qan tökməyib, şəhərləri dağıtmayıb, işğal elədiyi dövlətlərin əhalisinin başını sığallayıb. Napoleon da eləcə. Amma Atilla, Çingiz xan, Əmir Teymur vəhşidi, çünki asiyalıdı. "Asiya" sözü də qədim assuriyalıların dilində "Acu", yəni şərq deməkdir. Təbii, təbii, şərqlisənsə, vəhşisən. Amma qəribədir, deyilmi? Hər iki qitənin adı şərq dillərindən götürülüb. Bu iki qitə birlikdə Avrasiya materikini təşkil edir, bu materik isə Yer kürəsində qurunun ən böyük payıdır. Amma avropalılara az gəlir. Avstraliyanı da, Amerikanı da işğal eləyəndə yerli əhalini qırıb qurtardılar. Görünür, özlərini bu şəkildə sığortalamaq istəyiblər. Axı ordan da gəlmə axını ola bilərdi. Ən gözəl çıxış yolu - xalqın kökünü kəsirsən, vəssalam...
   ... Son dövlərdə də bizim üstümüzdə eksperiment gedir. Onlar bura gələnə qədər çox rahat yaşayırdıq. İndi gərək onların dediyi kimi oturaq-duraq, onların verdiyini yeyək, dinib-danışmayaq, heç nə istehsal eləməyək, bataq cəhalət girdabına. İstədikləri dərmanları bizim orqanizmimizdə təcrübədən keçirsinlər. Millətin kişilərini qadınlaşdırsınlar. Əziz avropalı oxucum, sən niyə mühacirətdəsən, düşünmüsənmi? Bilirəm, burdakılardan şikayətçisən. Amma burda baş verənlər nəticədi, səbəb deyil. 200 il müstəmləkədə yaşayan bir ölkə öz vətəndaşlarına xoş gün yaratmaq üçün nə qədər çalışmalıdır? Özü də bütün dünya öz yırtıcı caynaqları ilə sənin üstünə çökübsə, necə yaşayacaqsan? Oralarda sənə "gəlmə" demirlərmi?
   Öz ölkələrində humanist, gülərüz avropalılar bütün dünyanı qana bələyiblər. Dünyadakı ən böyük cinayətləri onlar törədiblər. Ancaq hər zaman zirvədə qalmaq mümkün deyil. Bir gün enmək vaxtı da gələcək. Onlar da bunu çox gözəl anladıqlarından vaxtı uzadırlar. Amma dəxli yoxdur, qocalırlar, arta bilmirlər. Fransa futbol millisi qapqara oğlanlardan ibarət idi. Bu mənzərədən böyük ləzzət aldım. Ölkədə kişi qalmayıb. Fransız tapılmadığından prezidentləri də başqa millətdəndi.
   Əziz avropalı oxucum, bir az düşün, tarixi yadına sal. Gör cinayətkar kimdi? Axı hər böyük sərvətin altında böyük günah yatır. Bunu da avropalı deyib...
   
   P.S. Parlament seçkiləri vaxtı bizə nəzarət üçün gəlmiş "bomj" avropalılar gözümün qabağından getmir.
İradə TUNCAY
iradetuncay@rambler.ru
Oxunub: 660
PUBLİKA VƏ PUBLİSİSTİKA (151)
RESPUBLİKA GÜNÜ (455)
SEÇİLMİŞ (369)
MAY NƏĞMƏSİ (426)
DORİAN QREYİN PORTRETİ (542)
ÇİÇƏK TAPA BİLMƏDİM... (530)
ONDAN BİR DƏ OLMAYACAQ (407)
Zeynəb Xanlarova İradə Tuncayın təqdimatında
İLLƏRDƏN BİRİ (254)
QƏLƏMİN UCUNDAKI MÜRƏKKƏB (364)
SARI ODALAR (381)
SEVRDƏN SÜRİXƏDƏK GƏLƏN YOL (280)
Tarix yazılıb, qeyd olunmuş keçmişdən daha artıq bir şeydi. O, yazılmış, yazılacaq və ən önəmlisi xatırlanan keçmişdən oluşur.
SEVRDƏN SÜRİXƏDƏK GƏLƏN YOL (366)
SEVRDƏN SÜRİXƏDƏK GƏLƏN YOL (405)
BEŞ (413)
YOXLANILMAMIŞ XƏBƏRLƏRƏ GÖRƏ... (314)
VƏ YA DİPLOMATİK S?HBƏT
ATA OLMAQ HAQQI (332)
BU GÜN ATATÜRKÜN İSTİQLAL SAVAŞINI BAŞLAMAQ ÜÇÜN ANADOLUYA GEDİŞİNDƏN 90 İL ÖTÜR
İSTANBULU DİNLİYORUM GÖZLERİM KAPALI... (506)
İSTANBULU DİNLİYORUM GÖZLERİM KAPALI... (729)
İSTANBULU DİNLİYORUM GÖZLERİM KAPALI... (674)
BİRİNCİ OLMAQ SƏADƏTİ (470)
ƏNƏNƏLƏR (581)
YORULMUŞ ATLARI GÜLLƏLƏYİRLƏR... (567)
MARTIN BİRİNCİ YARISI (552)
FALA BAXIRAM (554)
BİZİM ERA BAŞLAYIRMI (571)
Və yaxud Anno Domini
ƏDALƏT VƏ MƏRHƏMƏT (542)
ANANIN KİTABI (607)
BLOKADA (653)
YADA DÜŞDÜ (641)
İKİ SEVGİ (654)
BAĞIŞLANAN ŞAİRLƏR VƏ BAĞIŞLANMAYAN TORPAQLAR (634)
BİS SEXTUS... (726)
Münhen sövdələşməsi... Və dünyanın görmədiyi çadır
SEZON FİNALI (684)
AH AVROPA, AVROPA... (660)
NO TO RACİSM ! (638)
İNSAN (544)
QIRMIZI GÜN (623)
GÜLLƏR AÇILSIN... (685)
NATURALİST YAZI (580)
555 (608)
YÜZ CAVAN OĞLAN (655)
SORĞU (622)
QƏLƏMİN UCUNDAKI MÜRƏKKƏB (598)
MAY NƏĞMƏSİ (695)
ƏLAC NƏDİR? (650)
Cinayət və cəza (706)
YAZIÇI VƏ SAVAŞ (604)
DEPRESSİYA (916)
AXTAR, OXUCU, AXTAR (651)
ƏNƏNƏLƏR (693)
QUO VADIS?.. (624)
ETİRAF (711)
VƏ YAXUD VAQİF MUSTAFAYEVƏ TƏŞƏKKÜR MƏKTUBU
QADIN HƏYATINDAN FRAQMENTLƏR (703)
BƏY, XAN, SULTAN VƏ BAŞKAN (689)
BƏY, XAN, SULTAN VƏ BAŞKAN (750)
PAY (713)
MƏN VƏ SƏN (990)
Xoş gəldin, balaca!
YAZIÇILAR ÖLKƏSİ, OXUMAYANLAR MƏMLƏKƏTİ... (1255)
Və bir də ortalıqda qalanlar
QINAMAYIN İSGƏNDƏRİ... (1065)
Yaman olur anlamaq dərdi
ELƏ ÖLÜLƏR VAR Kİ... (902)
Sevdaya
ÖZ DİLİMİZDƏ - "AMNEZİYA" (938)
İKİ ÜZLÜ AY (866)
İLİN YEKUN HƏQİQƏTİ - YALAN (631)
QIŞ GÜNÜNÜN ROMANTİKASI (460)
SEÇİLMİŞ (395)
MƏNİM SƏADƏTİM HARDASA İTDİ... (428)
KİMƏ GÜLZAR, KİMƏ XƏZƏL DÜNYADI... (468)
RƏĞBƏT (422)
AY ÖLKƏSİ (413)
Ailə xatirinə bir adamı, icma xatirinə ailəni, ölkə xatirinə icmanı, Ruh xatirinə bütün bir aləmi qurban ver! (Qədim Sanskrit şerindən)
ƏZİZ İNSAN (401)
XÜSUSİ TAPŞIRIQ (422)
VAXTINDA GƏLDİKMİ BU DÜNYAYA BİZ? (370)
TÜRK MƏSƏLƏSİ (420)
ƏN DƏRİN BİR ÇAY VAR... (395)
BİR DƏ ÖMRÜMÜZƏ QAYITMAZ BU GÜN... (374)
YOLDAŞ ÇE (392)
DAMA ÇIXAQMI? (387)
Qapımızı döyürlər (396)
Ə, SƏNNƏN DÖYÜLƏM?! (406)
LEYSAN ÖZLƏMİ (435)
BİR GÜN... (423)
GÜLMƏLİ ZARAFAT (455)
Dünyanın arşını (374)
PUBLİKA VƏ PUBLİSİSTİKA (417)
ÖLƏN İSTƏKLƏRİMİZ (421)
SƏS (404)
(Mikayıl Mirzənin xatirəsinə)
HAVA AXINLARI (394)
İNSAN (394)
İMTAHAN (384)
TARİXDƏN YAZMAQ... (396)
J F K (414)
SÖZGƏLİŞİ
ATA OLMAQ HAQQI (400)
SÖZGƏLİŞİ
ÖMÜRDƏN ÜÇ GÜN... (428)
SEÇİLMİŞ (337)
BƏHANƏ (400)
NAĞIL (412)
SÖZGƏLİŞİ
ZƏMANƏMİZİN QƏHRƏMANI (474)
USTADlar VƏ BİZlər (407)
DƏYİŞMƏ - DƏYİŞMƏ (390)
ƏNƏNƏ YA DA AFİNALILAR VƏ SPARTALILAR (401)
-Sözgəlişi-