Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
123456
78910111213
14151617181920
21222324252627
282930
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Özünü beşinci mərtəbədən atdı
Naməlum kişi meyidi tapıldı
"Mercedes"dən 15 min dollar oğurlandı
Azərbaycan-Avropa Birliyi əməkdaşlıq komitəsinin növbəti iclası
ABŞ-da Amerika-Azərbaycan Mədəniyyət Mərkəzi təsis edildi
Prezident vətənə qayıtdı
"Hərbi məsləhətləşmələrdə müdafiə islahatları müzakirə olunacaq"
Rusiya telekanallarının yayımının dayandırılması məsələsi müzakirə olundu
ATƏT-in yeni sədri
"Beynəlxalq birlik ikili standartlardan imtina etməlidir"
Azərbaycan nümayəndəliyi açıqlama yaydı
Pan Gi Mun Rusiyaya gedəcək
Müxalifət "Aqo"ya şikayətlərində haqlıdır?
5-ci "KÞRPÜ"
Azərbaycanla Almaniya arasında əməkdaşlıq sazişi
Özünəqəsdin iqtisadiləşməsi
NATO-nun Rusiya və ABŞ-a təklifi
İlahiyyatçı tələbələrin etirafları
ZİMBABVENİN AZƏRBAYCANA NƏ DƏXLİ VAR?..
¹ 43 (101)
Ombudsman jurnalistlərə müraciət etdi
Səfirliklərin nümayəndələri jurnalistlərə baş çəkdi
"Gənclər evi" tikilir
Tovuzda silah-sursat tapıldı
AXCP-nin keçmiş qərargahının sökülməsinin səbəbi açıqlandı
"ƏDALƏT"Ə CAVAB VERİRLƏR
KÖMƏYİNİZƏ EHTİYACIM VAR
OGLUM GİZLİ ŞƏKİLDƏ MƏNƏ MƏXSUS EVİMİ SATIB
VƏZİYYƏTİMİZ GETDİKCƏ PİSLƏŞİR
YOLUMU BAĞLAYIBLAR
Tələbələr arasında informatika üzrə olimpiada keçiriləcək
"Ruh"un monitorinqi yekunlaşdı
Cəlilabadda iki başlı buzov doğulub
"MİLAN" RONALDİNYONU ALMAQ İSTƏYİR
ZİKO MOSKVANI DÜŞÜNÜR
"LATSİO" GÜCLƏNDİRİLƏCƏK
ŞUSTER RONALDONU ALMAQ İSTƏYİR
VİDİÇ ÜÇ HƏFTƏ OYNAMAYACAQ
ENKE "BAVARİYA"YA KEÇƏ BİLƏR
"PORTU" MƏŞQÇİSİNİ SAXLAMAQ FİKRİNDƏDİR
GÜNÜN LƏTİFƏSİ
Ortaq Anadolu - Azərbaycan "Sarı gəlin" diskinin təqdimatı olub
Stradivarinin daha bir skripkası satışa çıxarılıb
12 YAŞLI ÇEMPİON QƏLƏBƏLƏRİNİN SAYINI ARTIRMAQDADIR
Polisə xəsarət yetirmək istədi, sərbəst buraxıldı
   
Təqsirləndirilənin vəkilinin mətbuat konfransında dava
Dünən iki nəfəri öldürməkdə, bir nəfəri isə yaralamaqda təqsirləndirilərək həbs edilən Füzuli rayonunun Kürdmahmudlu kəndinin sakini Zaur Sevindik oğlu Həziyevin vəkili İlhamə Həsənova mətbuat konfransı keçirib.
   
   APA-nın məlumatına görə, vəkil bildirib ki, müdafiə etdiyi şəxs barəsində başlanmış cinayət işinin Beyləqan Rayon Prokurorluğundan alınaraq, başqa aidiyyəti quruma verilməsi tələbi ilə aclıq aksiyasına başlayıb. İ. Həsənova Z. Həziyevin istintaq zamanı fiziki təzyiqə məruz qaldığını söyləyib. İş üzrə zərərçəkən şəxslər tədbirin keçirdiyi zala daxil olaraq vəkilin sözünü kəsiblər və onu qatili müdafiə etməkdə günahlandırıblar. Nəticədə tərəflər arasında insident baş verib və hadisə yerinə polis çağırılıb.
   
   Hadisə yerinə gələn Səbayel Rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşları zərərçəkən şəxsləri bölməyə aparıblar. Bölmədən APA-ya bildirilib ki, xəbərdarlıq ediləndən sonra zərərçəkmişlərə sərbəst buraxılıblar. Qeyd edək ki, Z. Həziyev qayınatası Cavanşir Zeynalovu, qaynı Fədai Zeynalovu öldürməkdə, həyat yoldaşı Həbibə Zeynalovaya xəsarət yetirməkdə təqsirləndirilir.
   
   
Oxunub: 252
MTN-in Akademiyasının şöbə rəisinin evindən silah oğurlandı
Aprelin 1-də axşam saatlarında Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında şöbə rəisi vəzifəsində işləyən Şəmsi Zakir oğlu İbrahimovun Əzizbəyov rayonunun Dübəndi bağ sahəsində yerləşən evindən oğurluq edilib.
   Əzizbəyov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, naməlum şəxslər evin pəncərəsini sındıraraq içəri daxil olub, evdən 1 ədəd ov tüfəngi, 1 ədəd pnevmatik silahı və müxtəlif ev əşyaları götürərək hadisə yerindən qaçıblar. Hadisə zamanı evdə heç kim olmayıb.
   Hazırda qarətçilərin tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı Əzizbəyov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177. 2. 3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törədilməsi) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Oxunub: 263
Qızın zorla ərə verilməsi 2 nəfərin ölümü ilə nəticələndi
Türkiyədə atası tərəfindən zorla ərə verilən qızın başqasına qoşulub qaçması nəticəsində yaranmış münaqışədə 2 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
   "Doğan xəbər agentliyi"nin verdiyi məlumata görə, Samsun vilayətində Hüseyn Türkyılmaz adlı bir nəfər qızı Əsra Türkyılmazı qardaşının oğlu Tahsin Türkyılmazla evləndirmək istəyib. Ancaq gənc qız sevgilisi Coşğun Erbay ilə qaçıb və gizli nikah ilə ailə həyatı qurub. Hadisədən xəbər tutan ata Türkyılmaz qohumları ilə birlikdə Erbay ailəsinin yaşadığı məhəlləyə hücum edib. Baş vermiş insident nəticəsində Coşğun Erbay ilə Beytullah Aksoy ölüb, 7 nəfər isə yaralanaraq xəstəxanaya çatdırılıb. Hadisədən sonra saxlanılan Hüseyn Türkyılmaz, İlhan Türkyılmaz, Sancar Türkyılmaz, Tahsin Türkyılmaz və Mətin Türkyılmaz məhkəmə qərarı ilə həbs olunublar.
   Mühakimə olunan 5 nəfər dünən Ağır cinayətlərə dair 2 saylı Samsun məhkəməsində ifadə verib. Ata Hüseyn Türkyılmaz verdiyi ifadədə hadisə ilə əlaqəsi olmadığını və ürək xəstəsi olduğunu bildirərək buraxılmasını tələb edib. Digər şübhəlilər isə danışıq üçün getdiklərini və pusquya düşdüklərini, özlərini müdafiə etmək məcburiyyətində olduqlarını bildirib. Məhkəmə heyəti şahidlərin dinlənməsi üçün prosesi təxirə salıb.
   Məhkəmədən çıxarkən Türkyılmaz və Erbay ailələri arasında qalmaqal baş verib. Tərəflər bir-birlərinə ağac və dəmir çubuqlarla hücum ediblər. Baş vermiş qalmaqalı çevik polis dəstələri çətinliklə sakitləşdirib.
   
FƏRİD
Oxunub: 287
Özünü beşinci mərtəbədən atdı
Nizami rayonunun Naxçıvani küçəsi, 77 ünvanında yaşayan 1972-ci il təvəllüdlü Bakı şəhər sakini Gülçöhrə İsmayıl qızı Məhərrəmova yaşadığı binanın beşinci mərtəbəsindən özünü ataraq intihar edib. Bu barədə APA-ya Nizami Rayon Prokurorluğundan məlumat verilib.
   Mərhumun intihar etməsinin səbəbləri müəyyən edilməyib. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır.
Oxunub: 294
Naməlum kişi meyidi tapıldı
Dünən səhər saatlarında Bərdə rayonu, 105 saylı Texniki Peşə Məktəbinin yaxınlığındakı boş sahədən kişi meyidi tapılıb.
   Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hələlik mərhumun şəxsiyyətini və hansı şəraitdə dünyasını dəyişdiyini müəyyənləşdirmək mümkün olmayıb.
   Faktla bağlı araşdırma aparılır.
Oxunub: 261
"Mercedes"dən 15 min dollar oğurlandı
Nərimanov rayonu, Z. Bünyatov küçəsində Bakı şəhər sakini, 37 yaşlı Mətləb İxtiyar oğlu Rüstəmova məxsus "Mercedes" markalı, 10 DF 124 nömrə nişanlı avtomobilin şüşələrini sındıraraq içərisindəki 15 min dollar pulu oğurlayıblar.
   Rayon polis idarəsindən APA-ya verilən məlumata görə, hələlik hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilməyib. Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Oxunub: 264
Tovuzda silah-sursat tapıldı
Tovuz rayonu ərazisində silah-sursat tapılıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Rayon polis şöbəsi əməkdaşları tərəfindən rayon ərazisindən 2 ədəd nömrəsiz, lüləsi və qundağı kəsilmiş ov tüfəngi, 1 ədəd əldədüzəltmə tapança, 1 ədəd xaricdə istehsal olunmuş baraban tipli tapança, 4 ədəd qumbara, 127 ədəd müxtəlif çaplı patron və 7 ədəd patron darağı aşkarlanıb.
   
   
Oxunub: 269
Polisə xəsarət yetirmək istədi, sərbəst buraxıldı
Sabunçu qəsəbəsinin sakinləri 38 yaşlı Azad Quliyev və onun qardaşı 45 yaşlı Oqtay Quliyev Zabrat qəsəbəsi, 20 Yanvar küçəsində bir-biri ilə mübahisə etdikləri üçün polislər tərəfindən Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə aparılıblar.
   Bölmədən APA-ya verilən məlumata görə, saxlanılan şəxslər bölmənin baş əməliyyat müvəkkili Vüqar Qasımovun otağında olarkən O. Quliyev divardakı güzgünü sındırıb. O, güzgü qırıqları ilə V. Qasımova xəsarət yetirmək istəyib, ancaq polis əməkdaşları buna imkan verməyiblər. Hər iki şəxs ifadələri alındıqdan sonra sərbəst buraxılıb. Toplanmış təhqiqat materialları araşdırılması üçün Sabunçu Rayon Prokurorluğuna göndərilib.
Oxunub: 260